Gənclər ekoloji iqtisadiyyat sahəsində maarifləndirilir
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsinin hazırlıq mərhələsi artıq yekunlaşıb.
Bu barədə AZƏRTAC-a layihənin müəllifi Günel Mustafayeva məlumat verib. O bildirib ki, layihənin ikinci əsas mərhələsində Balakən rayonunda “Ekoloji istehsalçı və istehlakçı davranışları” mövzusunda ikigünlük təlimlərin keçirilməsi planlaşdırılır.
Təlimlərdə təcrübəyə xüsusi yer veriləcək, əldə olunmuş biliklərin daha da möhkəmləndirilməsi üçün iştirakçılara layihə çərçivəsində çap olunmuş məlumat kitabçalarının paylanması da nəzərdə tutulub. Təlimlər yekunlaşdıqdan sonra maarifləndirmə-təbliğat işlərinin genişləndirilməsi məqsədilə bu mövzuda videoçarxın çəkilişi planlaşdırılır.
Layihəyə noyabr ayında yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]