GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Rayon hərbi komissarı polkovnik-leytenant Mirsalam Əliyev, veteranlar, ziyalılar, valideynlər çağırışçı gənclərə müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət etməyin şərəfli və müqəddəs vəzifə olduğundan danışaraq, onlara işğal altında qalan torpaqlarımızı azad etmək üçün hərbi sirlərə mükəmməl yiyələnməyi tövsiyə etmişlər.
Çağırışçı gənclər əsgəri borclarını ləyaqətlə yerinə yetirəcəklərinə söz vermiş, ərazilərimizi düşmən tapdağından azad etmək üçün respublika Prezidenti, Ali baş komandan İlham Əliyevin əmrinə daim hazır olduqlarını bildirmişlər.
Çağırışçılar gül-çiçək dəstələri ilə və musiqi sədaları altında hərbi hissələrə yola düşmüşlər.