GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ KÜVEYT RƏHBƏRLİYİ İLƏ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, informasiya naziri Məhəmməd Abdulla Əbülhəsənlə görüşdə turizm sahəsində Azərbaycan-Küveyt əməkdaşlığı müzakirə olunmuşdur. Nümayəndə heyətimiz Küveyt Milli Məclisinin sədri Cas Məhəmməd əl-Xərəfi ilə görüşdən sonra parlamentin iclasında iştirak etmişdir.
“Qlobal invest haus”, “Küveyt indastrial kompani” şirkətlərinin rəhbərliyi ilə görüşdə Küveyt sərmayədarlarının Azərbaycanın turizm sahəsində iştirakının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Bundan əlavə, nümayəndə heyətimizi Baş nazir şeyx Sabah əl-Əhməd əl-Cabir qəbul edəcək, vəqf və islam işləri, ticarət və sənaye nazirliklərində görüşlər keçiriləcəkdir.
Səfər dekabrın 14-də başa çatacaqdır.