Gənclər karantin rejiminə əməl edilməsi ilə bağlı maarifləndirici söhbətlər aparıblar
Ağcabədi, 5 aprel, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejiminə əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, söhbət zamanı idarə əməkdaşları sakinlərə xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib. Vətəndaşlara yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu izah edilib. Bundan başqa əhaliyə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub.