GƏNCLƏR KLUBUNUN TİKİNTİSİ BAŞA ÇATDIRILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağsu şəhərinin mərkəzində, Ağsu çayının sol sahilində milli memarlıq üslubunda inşa edilmiş gənclər klubunun tikintisi başa çatdırılmışdır. Bu yaraşıqlı bina 1,3 hektar ərazidə salınan və tamamilə yenidən qurulan Heydər Əliyev adına parkın ikinci hissəsində ucaldılmışdır. 6 geniş otağı və sütunlu eyvanı olan gənclər klubunda kompüter otağı, xarici dil kursları fəaliyyət göstərəcəkdir. Gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılan klubun həyətində stolüstü idman yarışları da keçiriləcəkdir.
Daxili imkanlar hesabına tikilmiş gənclər klubunun inşasına 300 milyon manata yaxın vəsait sərf edilmişdir.