“GƏNCLƏR KLUBU”NUN TİKİNTİSİ BAŞA ÇATDIRILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağsu şəhərinin mərkəzində milli memarlıq üslubunda inşa edilmiş “Gənclər klubu”nun tikintisi başa çatdırılmışdır. Bu yaraşıqlı bina 1,3 hektar ərazidə salınan və tamamilə yenidən qurulan Heydər Əliyev adına parkın ikinci hissəsində ucaldılmışdır. Klubda kompüter otağı, xarici dil kursları fəaliyyət göstərəcək, stolüstü idman yarışları da keçiriləcəkdir. İnşaat işlərinə daxili imkanlar hesabına təxminən 60 min AZN vəsait xərclənmişdir.