Gənclər “Təmiz dünya naminə” ekoloji tədbir keçirəcəklər
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) daxilində yaradılmış müxtəlifyönlü işçi qrupların fəaliyyəti davam edir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ekologiya işçi qrupunun təşkilatçılığı ilə aprelin 12-də saat 17:00-da “Park Bulvar” Ticarət Mərkəzində “Təmiz dünya naminə” adlı ekoloji tədbir keçiriləcəkdir. Aksiyada100-dən çox gəncin iştirakı gözlənilir.
Tədbirin məqsədi dünya ictimaiyyətinin diqqətini ekologiya və təmiz dünya məsələlərinə yönəltmək, Azərbaycan gənclərinin bu məsələlərdən xəbərdar olduğunu, ekologiyanın qorunmasına biganə qalmadıqlarını göstərmək, ətraf mühitin qorunması, ekoloji mədəniyyətin fərqli formada aşılanmasını təmin etməkdir.
Ekologiya işçi qrupu gənclərimizin ekologiya sahəsinə maraqlarını artırmaq məqsədi ilə indiyədək “Yaşıl universitet” və “Gələcəyə yaşıl addımlarla” adlı 2 layihə icra etmiş, 10-dan çox seminar və görüş keçirmişdir. Nəticədə 250-yə yaxın tələbə Azərbaycan və dünya ekologiyasının hazırkı vəziyyəti, ekologiyanın qorunması istiqamətində atılan addımlarla yaxından tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]