GƏNCLƏR TƏŞKİLATLARININ XEYRİYYƏ TƏDBİRİ
Gənclər Təşkilatlarının Milli Şurası, “Təşəbbüs”, “Gənclərin inkişafı” ictimai birlikləri və “Nur” uşaq təşkilatı Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişlər.
“Təşəbbüs” birliyinin icraçı direktoru Orxan Mehdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gənclər təşkilatlarının üzvləri Mərdəkan qəsəbəsindəki ixtisaslaşdırılmış uşaq evinə və Buzovna qəsəbəsindəki 2 nömrəli internata baş çəkmiş, qurban əti vermişlər.