Gənclər və idman naziri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Bakı, 12 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllı ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, F.Qayıbov müsabiqə qaliblərinin fəaliyyətləri və tədbirlərdə qazandıqları təcrübələri ilə maraqlanıb.
Görüş zamanı proqramın effektivliyinin artırılması və geniş təbliğatı üçün növbəti addımlar müzakirə edilib, yeni təkliflər barədə fikir mübadiləsi aparılıb.