Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin nazirliyin strukturunda fəaliyyət göstərən qurumların nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini dərin hörmət və ehtiramla anıblar.