GƏNCLƏR VƏTƏNƏ SƏDAQƏT ANDI İÇMİŞLƏR
Şəhər icra hakimiyyətinin başçısı Lütfəli Babayev, müharibə veteranları, valideynlər çıxış edərək Vətənə hərbi xidmətin şərəf və məsuliyyətindən danışmış, gənclərə arzu və məsləhətlərini bildirmiş, xeyir-dualarını vermişlər. Çağırışçı gənclər Vətənə sədaqət andı içmiş, Milli Ordu sıralarında doğma şəhərin adını ləyaqətlə ucaldacaqlarını vəd etmişlər.
Şən mahnı və rəqslər ifa edildikdən sonra avtobuslar gəncləri hərbi hissələrə aparmışdır.