GƏNCLƏRƏ KREDİT VERİLMİŞDİR
Mikromaliyyə Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bank olmayan kredit təşkilatı Gədəbəy, Lerik, Quba, Qəbələ, Şahbuz rayonlarında 30 yaşadək olan 3 min gəncə son bir ildə 2 milyard manatdan çox qısamüddətli kredit vermişdir. MMC-dən AZƏRTAC-a bildirmişlər ki, kənd yerlərində gənclərə kreditlərin verilməsi onları yaşadıqları yerlərdə daimi məskunlaşdırmaq, məşğulluğunu təmin etmək, şəhərlərə insan axınının qarşısını almaq məqsədi daşıyır.
Bu kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarətinə yönəldiləcəkdir. Gənclərə kreditlər girov tələb etmədən bilavasitə kənd yerlərində verilir.
2006-cı ilin yanvar ayından etibarən İsmayıllı və Daşkəsən rayonlarında da gənclərə belə kreditlər veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]