Gənclərin İslam Oyunları 2025-ci ildə Kazanda keçiriləcək
Bakı, 13 yanvar, AZƏRTAC
14-16 yaşlı idmançılar üçün İslam Gənclər Oyunları 2025-ci ildə Kazanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tatarıstanın idman naziri Vladimir Leonov bildirib.
“İslam dünyası ölkələrindən olan 14-16 yaşlı gənc idmançıların iştirakı ilə “İslam Gəncləri Oyunları” adlı yeni beynəlxalq multiidman layihəsinin həyata keçirilməsi istiqamətində iş aparılır”, - o deyib.
Leonov qeyd edib ki, layihə “Rusiya - İslam dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunun iştirakçıları tərəfindən bəyənilib və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) katibliyi tərəfindən dəstəklənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]