GƏNCLƏRİN MƏŞĞULLUĞUNA DAİR ÜÇTƏRƏFLİ SEMİNAR KEÇİRİLƏCƏKDİR
Seminarda MDB dövlətlərinin hökumət, həmkarlar və işəgötürənlər təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, BƏT-in əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Məqsəd maarifləndirmə işinin genişləndirilməsi, məşğulluğa dair milli proqramın hazırlanması və həyata keçirilməsi istiqamətində sosial tərəfdaşların əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Seminarda ölkəmizi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov təmsil edəcəkdir.