George Haci Rumıniya millisində işləməkdən imtina edib
Bakı, 29 iyul, AZƏRTAC
Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasından gələn baş məşqçi təklifini rədd edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının (RFF) rəhbəri Razvan Burleanın istəyinə müsbət cavab verməyib. O, hazırda çalışdığı “Farul” klubunda qalacağını deyib.
Məlumata görə, RFF Mirça Luçesku ilə danışıqlara başlayacaq.
Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.
Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]