Gimnastımız Dərya Farşbafşəhriyari halqa ilə yarışlarda üçüncü nəticə göstərib
Bakı, 24 aprel, AZƏRTAC
“AGF Junior Trophy” turnirində halqa ilə yarışların qalib və mükafatçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Dərya Farşbafşəhriyari 15.600 xal toplayaraq üçüncü yerin sahibi olub.
İlk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.
Gimnastların topla yarışına start verilib. Təmsilçimiz Nərminə Səmədova meydana beşinci çıxacaq.