“Gizir hazırlığı kursu”na qəbul prosesi davam edir VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbul prosesi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar bu il sentyabrın 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə nazirliyin saytından ətraflı məlumat əldə etmək mümkündür.