Global MBB Forumu: 5G-nin tətbiqi 4G-dən daha tez baş verib
Bakı, 10 oktyabr, AZƏRTAC
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 5G-nin tətbiqi 4G-dən daha tez baş verib: cəmi dörd ilə bütün dünyada 1,5 milyarda yaxın qoşulma qeydə alınıb.
Bu barədə “Huawei” şirkətinin baş direktoru Ken Xu Dubayda keçirilən Qlobal Mobil Genişzolaqlı Rabitə Forumunda (Global MBB Forumu) deyib. Global MBB Forumu GSMA (dünyada mobil rabitə operatorlarının maraqlarını təmsil edən təşkilat), GTI (Grand Turismo Injection) və “SAMENA” kommunikasiyalar üzrə Şura ilə əməkdaşlıqda “Huawei” tərəfindən təşkil olunub.
Ken Xunun sözlərinə görə, bütün dünyada mobil rabitə operatorları dünyanın demək olar ki, yarısını əhatə edən təxminən 260 5G şəbəkəsini tətbiq ediblər. 5G şəbəkəsi mobil rabitə operatorları üçün artımın yeni hərəkətverici qüvvəsidir. K.Xunun fikrincə 5G-nin ən böyük fərqi В2В sahəsində özünü göstərir (business to business) və operatorlara sahə vertikallarına fərdi təkliflər vasitəsilə istiqamətlənmək imkanını təqdim edir.
“GSMA”nın baş direktoru Mats Qranrid tətbiqetmə sürəti ilə razılaşaraq qeyd edib ki, 1 milyard qoşulmaya nail olmaq üçün 4G-yə 12 il tələb olunub, 5G-yə isə həmin nəticəni əldə etmək üçün cəmi üç il lazım olub.
“GSMA”nın məlumatlarına əsasən, 2035-ci ilə qədər 5G qoşulmalarının sayı 5,2 milyarda çatacaq.