Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib

Bakı, 21 aprel, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşləri nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin onlayn görüşünü təşkil edib.

Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu, II Qarabağ müharibəsinin iştirakçıları - “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin anası Həmidə Qurbanova iştirak edib.

Tədbirdən əvvəl Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərliyi ilə akademiyanın əməkdaşları “Azərterminalkompleks” Birliyinin inzibati binasında şəhid-gömrükçü Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün qoyulmuş büstünü ziyarət ediblər, şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub. Tədbirdə Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Q.Novruzov bütün dünyada COVID-19 pandemiyasının davam etdiyi dövrdə 2020-ci ildə Azərbaycan üçün fərqli bir tarix yazıldığını deyib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzkar, işğalçı ordusunun hücumlarını dəf etmək məqsədilə əks hücuma keçərək 44 günlük Vətən müharibəsində dəmir yumruqla zəfərə doğru irəlilədiyini bildirib.

“Tarix bir daha göstərdi ki, milli birlik olduqda, xalq yenilməzdir. Xalqın önündə onu öz arxasınca apara bilən güclü və qətiyyətli lider olanda dövlət, xalq, toplum nə qədər güclü olur. Ali Baş Komandan İlham Əliyev bütün cəbhələrdə baş komandan missiyasını böyük məharət və uğurla yerinə yetirdi”, - deyə akademiyanın rəisi vurğulayıb.

Bu müharibənin Azərbaycan xalqının milli kimliyini təsdiq etmək üçün bir imtahan olduğunu deyən Q.Novruzov Azərbaycan əsgərinin Vətən müharibəsində gəncliyin istinad edəcəyi minlərlə qəhrəmanlıq nümunələrini göstərdiyini deyib. Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə canını fəda etmiş hər bir qəhrəmanın əziz olduğunu söyləyən Q.Novruzov Vətən müharibəsində gömrük xidməti əməkdaşlarının da igidlik göstərdiyini qeyd edib. O, hər bir gömrük xidməti əməkdaşı üçün Vətən müharibəsində şəhid olan Ülvi Hacıyevin bir qəhrəmanlıq simvolu olduğunu vurğulayıb: “Tarixboyu zaman-zaman Azərbaycan xalqı müxtəlif vaxtlarda bu imtahanları verib, belə sınaqlardan keçib. Bu imtahanları bizim adımızdan Azərbaycan Ordusu, Azərbaycan əsgəri, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, Ülvi Hacıyevlər verdi”.

Vətən müharibəsində Gömrük Akademiyasının kollektivi, tələbələrinin də fəallığından söz açan Q.Novruzov akademiya əməkdaşı Ceyhun Sadıxovun könüllü olaraq müharibədə iştirak etdiyini qeyd edib. Akademiyanın hər bir tələbəsinin Azərbaycan dövləti və xalqının rifahı, inkişafı naminə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib. O, gənclərin informasiya müharibəsində aktiv olduğunu deyərək, tələbələrin informasiya savaşı cəbhəsində, xüsusən də sosial şəbəkələrdə fəal olduqlarını diqqətə çatdırıb. Azərbaycanın informasiya müharibəsində media nümayəndələrinin fəaliyyətini xüsusi qeyd edən akademiya rəisi tədbirdə iştirak edən jurnalistlərin hər birinə təşəkkür edib. Qələmini silaha çevirən jurnalistlərin yeri gəldikdə, məhz silahla düşmənə qarşı vuruşduqlarını deyib.

Şəhid gömrükçü Ülvi Hacıyevin anası Həmidə Qurbanova oğlunun uşaqlıq, məktəb və tələbəlik illərindən danışıb. Ülvinin könüllü olaraq cəbhəyə getdiyini bildirən ana, onun övlad, şagird, tələbə, vətəndaş kimi nümunəvi olduğunu qeyd edib.

Ü.Hacıyevin gömrük xidmətində fəaliyyətindən söz açaraq, onun gömrük əməkdaşı kimi hər zaman Vətənini hər şeydən üstün tutduğundan, körpəlikdən Azərbaycan bayrağına olan sevgisindən danışıb, Vətən uğrunda şəhid olduğunu deyib. Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal sayan Ülvinin itkisinin bir ana kimi ona çox ağır olduğunu, bununla belə, övladı ilə fəxr etdiyini bildirib. Ülvi Hacıyevin Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə vuruşduğunu, torpaqlar işğaldan azad olunduqca Ülvinin sevincini, onun hər bir qarış torpağımızın azad olunmasından fərəhləndiyini xatırlayıb. H. Qurbanova gənclərə Vətənə məhəbbət, böyüklərə hörmət kimi dəyərləri yaşatmağı tövsiyə edib.

I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu II Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin rəşadətindən söz açıb. Keçmiş döyüşçü olaraq əsgərlərin ruh yüksəkliyinin, döyüş hazırlığının artırılması istiqamətində öz döyüşçü yoldaşları ilə gənclərə dəstək verdiklərini deyib. Gənc əsgər və zabitlərin qəhrəmanlığı, mətinliyi və vətənpərvərliyinə daha yaxından şahidlik etdiyini qeyd edib. Prezident İlham Əliyevin çıxışlarının hərbi hissələrdə heyətə xüsusi döyüş ruhu verdiyini, qələbə üçün vacib olan birlik və vəhdətin yarandığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin öz çıxış və müsahibələrində Azərbaycan mediasının informasiya blokadasını uğurla yardığını bildirən R.Kərimoğlu gəncləri düşmənə qarşı informasiya savaşında, eləcə də sosial şəbəkələrdə daha da fəal olmağa çağırıb.

II Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur hissi keçirdiyini söyləyib. Müharibədən öncə hərbi müxbir kimi fəaliyyət göstərən Rəşad Baxşəliyev öz təkidi ilə döyüşlərə yollanıb, müharibədə zabit kimi xidmət keçib. O, gənc nəslin vətənpərvərliyinin nəticəsi olaraq böyük qələbəyə nail olduğumuzu qeyd edib. Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən zabit-jurnalist Prezident İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. II Qarabağ müharibəsinin iştirakçısı, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev deyib ki, gənclər üzərinə düşən tarixi missiyanı yüksək səviyyədə yerinə yetirdilər. A.Miriyev Gömrük Akademiyasının tələbələrinin timsalında gənclərin hər birinin vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Müharibə dönəmində qələmi silaha çevirən media nümayəndələrinin informasiya müharibəsində düşməni susdurmalı olduqlarını, bu istiqamətdə gənclərin də üzərinə mühüm vəzifə düşdüyünü deyib. II Qarabağ müharibəsinin iştirakçısı, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu Azərbaycan əsgəri olaraq ön cəbhədə vuruşmaq üçün müharibəyə könüllü yazıldığını bildirib. Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayan İ.Yaşaroğlu Gəncə, Bərdə, Tərtər şəhərlərində Ermənistan tərəfindən törədilən terror aktları ilə, həmçinin Xocalı soyqırımını törədən ermənilərin öz xislətini bir daha göstərmiş olduqlarını xatırladıb. İnformasiya müharibəsində medianın, həmçinin gənc nəslin fəaliyyətinin zəruri olduğunu nəzərə çatdırıb.

Tədbirdə iştirak edən media nümayəndələri akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər. Gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.

Sonda akademiya tələbələri zəfər yaddaşını qələmləri ilə yazan media nümayəndələrinə minnətdarlıqlarını bildirərək, şəhidlər qarşısında gəncliyin böyük bir borcu olduğunu vurğulayıblar.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşan “Vətən mənə oğul desə...” adlı layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə məhəbbət, torpağa, dövlətinə xidmətin aşılanması məqsədilə Gömrük Akademiyasının tələbələrinin I və II Qarabağ müharibəsində 44 günlük döyüşlərdə iştirak etmiş, qələmini silaha çevirərək döyüşmüş jurnalistlərlə, o cümlədən gömrük xidməti əməkdaşları ilə silsilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb