Gömrük nəzarətindən gizlədilən etiketlər aşkarlanıb
Bakı, 1 iyun, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən etiketlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Daf XF 105 460” markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən üzərində “R.Ş.A” yazılan 4 rulon, üzərində “R.Ş.A Collection” yazılan 98 min ədəd, üzərində “Öznur” yazılan 1100 ədəd, üzərində “İpek Home Collection” yazılan 3500 ədəd etiketdən ibarət olub.
Faktla bağlı araşdırma aparılır.