Gömrük yoxlamalarının operativliyi üçün yeniliklər tətbiq olunub










Bakı, 15 dekabr, AZƏRTAC
Gömrük məntəqələrinə gün ərzində 250-300 ədəd nəqliyyat vasitəsi daxil olur. Nəzarət zonasında aparılan islahatlar nəticəsində proses daha tez həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Baş Gömrük İdarəsinə təşkil olunan mediaturda məlumat verilib.
Qeyd olunub ki, əvvəllər gömrük zonasına nəqliyyat vasitələrinin nizamsız daxil olması sənədləşmə prosesinin yubadılması ilə yanaşı maliyyə itkisinə də səbəb olurdu: “Bunun üçün yaşıl və qırmızı zona yaradılıb. Yaşıl sektora daxil olan nəqliyyat vasitələrinin sənədləşmə işi tez aparılır ki, bu da vaxt itkisinin qarşısını alır”.