Goranboyda 40 mənzilli yaşayış binası sakinlərin istifadəsinə verilib
Goranboy, 17 mart, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin "Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 5 iyun tarixli Sərəncamı ilə şəhərin Civəzadə küçəsi, 17 ünvanında inşa edilmiş 5 mərtəbəli, 40 mənzilli yaşayış binası sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və mənzillərin püşkatma yolu ilə bölüşdürülməsi məqsədilə yaradılmış müvafiq komissiyanın üzvlərinin iştirakı ilə mənzillərin bölgüsü aparılıb.
Püşkatmaya uyğun olaraq mənzillər öz sahiblərinə verilib və bununla bağlı müvafiq akt tərtib edilib.
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev mənzil sahiblərini Novruz bayramı münasibətilə təbrik edib, bu mənzillərin dövlət başçısı tərəfindən goranboylulara bayram hədiyyəsi olduğunu deyib.