GORANBOYDA KƏND MƏDƏNİYYƏT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Son illər Goranboy rayonunda mədəniyyət evlərinin 4-ü təmir olunaraq sakinlərin ixtiyarına verilmişdir. Bu yaxınlarda isə Goranboy şəhərindəki 2 nömrəli klub yeni binaya köçmüşdür. Vaxtilə ölkəmizi Bolqarıstanda, Rumıniyada, Hollandiyada və digər xarici ölkələrdə layiqincə təmsil edən Goranboy Xalq Teatrının və folklor qrupunun fəaliyyəti 17 ildən sonra bərpa edilmişdir. Bu günlərdə isə respublikada ilk dəfə olaraq Goranboyda kənd mədəniyyət mərkəzinin yaradılması üçün hazırlıq işlərinə başlanmışdır.
Rayon mədəniyyət və turizm idarəsinin rəisi Gündüz Hacıyev AZƏRTAC-a demişdir ki, yeni mərkəz insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cürə imkana malik olacaqdır. Burada elektron kitabxana, stolüstü oyun otaqları ilə yanaşı, müxtəlif xarici dillərin öyrədilməsi, habelə kompyuter kursları da fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]