Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Goranboy rayonunda koronavirus testinin nəticəsi pozitiv çıxan Balakürd kənd sakini Emil Abbasovun və Dəliməmmədli şəhər sakini Başxanım Ağayevanın ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanları tərk etmələri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyənləşdiriblər. Həmin şəxslər müəyyən olunan tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriliblər.
Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]