Goranboyda yol qəzası: ölənlər var
Goranboy, 13 mart, AZƏRTAC
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yol kənarındakı iki minik avtomobilinə çırpılıb. Qəza zamanı 2 nəfərin öldüyü bildirilir.