“Gördüklərim, bildiklərim, eşitdiklərim” adlı memuar-xatirə kitabının təqdimatı olub
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Hərb Tarix Muzeyində polkovnik Mehman Hacalıyevin “Gördüklərim, bildiklərim, eşitdiklərim” adlı memuar-xatirə kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə ehtiyatda olan zabit, polkovnik Bayram Məmmədov, “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Ədalət Məhərrəmov və digərləri çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.
Daha sonra Mehman Hacalıyevin ömür yoluna həsr olunmuş slayd-şou nümayiş olunub.