GÖRÜLƏN TƏDBİRLƏR ƏLAVƏ MƏNFƏƏT GƏTİRƏCƏKDİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, emal kompleksində neft emalının səmərəsini artırmaq üçün tədbirlər görülür. Heydər Əliyev adına Bakı neft emalı zavodunda mühərrik yanacağının keyfiyyətini yaxşılaşdırmaq üçün yaradılmış hidrogenlə təmizləmə və merikem qurğularında “Azərneftyağ” neft emalı zavodundan daxil olan ilkin emal mazutu əvəzinə ona ekvivalent miqdarda xam neftin emal edilməsi nəzərdə tutulmuşdur. Bu, bir tərəfdən, həmin mazutun neftlə birlikdə yenidən emalı zamanı yaranan əlavə material-enerji xərclərinin, digər tərəfdən isə ilkin emal qurğusunda istehsal olunmuş məhsulların maya dəyərinin artmasının qarşısını alır. Bu tədbir şirkətə ildə 10,3 milyon manat əlavə mənfəət gətirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]