GÖYÇAYDA QƏZAYA UĞRAYAN VERTOLYOT RUSİYA ŞİRKƏTİNƏ MƏXSUSDUR
Azərbaycan Hava Yolları Dövlət Konsernindən bildirmişlər ki, Rusiyanın NPKRANK Açıq Səhmdar Cəmiyyətinə məxsus “Ka-32” markalı vertolyot BMT-nin humanitar proqramı çərçivəsində Trabzon-Gəncə-Türkmənbaşı-İslamabad marşrutu ilə uçurdu. Gəncə hava limanından qalxdıqdan 36 dəqiqə sonra vertolyotla əlaqə kəsilmiş və onun qalıqları Göyçay şəhərindən 3 kilometr kənarda tapılmışdır. İlkin məlumata görə, vertolyotun 5 nəfərdən ibarət heyəti həlak olmuşdur. Onların hamısı Rusiya vətəndaşları idi.
Qəzanın səbəblərini araşdırmaq üçün hadisə yerinə komissiya göndərilmişdir.