Göygöl rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub
Göygöl, 21 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qanlı, lakin şərəfli səhifə kimi yazılmış 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Göygöl rayonunda anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlər xiyabanı ziyarət edilərək, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub, onların fədakarlığının gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğu vurğulanıb.
Respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da sükut dəqiqəsi elan edilib.