Göygöl rayonunda ağacəkmə kampaniyası keçirilmişdir
Göygöl, 12 aprel (AZƏRTAC). Ötən şənbə və bazar günləri Göygöl rayonunda keçirilən növbəti ağacəkmə kampaniyasında təxminən 3 min nəfərdən artıq rayon sakini iştirak etmişdir. 5 mindən çox müxtəlif növ ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş, ərazilər tullantılardan təmizlənmişdir. Gəncə-Göygöl-Hacıkənd avtomibil yolunun sağ və sol sahillərinə, mədəniyyət və istirahət parkına, kəndlərlə rayon mərkəzini birləşdirən yolların ətrafına çoxlu sayda ağac əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini Turani Əliyev AZƏRTAC-a demişdir ki, keçən il rayon ərazisində 100 mindən artıq ağac və gül kolu əkilmişdir. Cari ildə isə rayonda yaşıllaşdırma tədbiri daha geniş aparılır. Mövsümün sonunadək rayonun ərazisində daha 50 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]