“GÖZƏLLİK ONDUR, DOQQUZU DONDUR” SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə xalqımızın qədim mədəniyyətini təcəssüm etdirən, XIX əsrin sonu, XX əsrin əvvəllərində hazırlanmış milli geyimlərimiz nümayiş olunur. Bu geyimlər cəmiyyətdə həmişə layiqli yer tutan və hər zaman gözəl görünməyə çalışan Azərbaycan qadınının tarixin aynasından görünən simasını əks etdirir.
Sərgiyə gələnlər xalqımızın tanınmış şəxsiyyətləri Xurşud Banu Natəvanın, Qasım bəy Zakirin nəvəsi Xosrov bəyin və Cavanşir, Məmmədbəyov, Vəlibəyov, Nərimanbəyov, Muradhasilov, Gülməmmədovlar kimi soyadları daşıyan kübar nəsillərin ailə fotoşəkilləri ilə də tanış olacaqlar. Bu fotoşəkillər Azərbaycan milli geyimlərinin lokal məktəblər üzrə xüsusiyyətlərini özündə əks etdirən qiymətli sənədlərdir.
Tamaşaçılar sərgidə “Azərbaycan xalçasının texnologiyası” adlı filmə CD diskində baxmaq imkanı qazanacaq və ənənələrimizə uyğun yeni tikilmiş milli geyimlərdə xatirə fotoşəkilləri çəkdirə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]