GÜLƏŞ ÜZRƏ BAKI BİRİNCİLİYİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə dörd gün davam edən gənclər arasında yunan-Roma və sərbəst güləş üzrə paytaxt birinciliyinə yekun vurulmuşdur.
Yarışlarda 14 komandanı təmsil edən 200-ə yaxın idmançı mübarizə aparmışdır.
Yunan-Roma güləş üzrə idmançılar - Nicat Muradov (50 kq), Fazil Məmmədov (55 kq), Ramil Ələkbərov (60 kq), Elmir Baxışov (66 kq), Fərid İsmayılov (74 kq), Bilal Əlizadə (84 kq), Sənan Bağırov (96 kq) və Ağaqulu Qədəşov (120 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Sərbəst güləşçilərimiz - Xurşud Balaşov (50 kq), Qasım Məmmədov (55 kq), Rəşid Bünyətov (60 kq), Rasim Həsənov (66 kq), Samuray Mustafayev (74 kq), Rüstəm Əliyev (84 kq), Səməd Cəbrayılov (96 kq) və Əlixan Yelayev (120 kq) yarışın birincisi olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]