Güləş üzrə ilin ilk yerli yarışı keçiriləcək
Bakı, 24 yanvar, AZƏRTAC
20 yaşadək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, çempionat yanvarın 29-dan fevralın 1-dək təşkil olunacaq. Gənclər və İdman Nazirliyi ilə birgə keçiriləcək yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İyirmi yaşadək gənclərdən ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da start götürəcək.
29 yanvar
Sərbəst güləş: 57 kiloqram, 65 kiloqram, 74 kiloqram, 86 kiloqram, 97 kiloqram.
30 yanvar
Sərbəst güləş: 61 kiloqram, 70 kiloqram, 79 kiloqram, 92 kiloqram, 125 kiloqram.
31 yanvar
Yunan-Roma güləşi: 55 kiloqram, 63 kiloqram, 72 kiloqram, 82 kiloqram, 97 kiloqram.
1 fevral
Yunan-Roma güləşi: 60 kiloqram, 67 kiloqram, 70 kiloqram, 87 kiloqram, 13 kiloqram.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]