Güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 3 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə - oktyabrın 3-də 57, 65, 79 və 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz Əfqan Xaşalov (57 kq) səkkizdəbir finalda Meksika təmsilçisi ilə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Ancaq dörddəbir finalda Almaniya güləşçisinə uduzub.
Millimizin üzvü Əli Rəhimzadə (65 kq) ilk mərhələdə Koreya Respublikasından olan idmançısına məğlub olub.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Əşrəf Aşırov (79 kq) Slovakiyadan olan son Avropa çempionunu üstələyib. Dörddəbir finalda Yaponiya güləşçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda xalların keyfiyyətinə görə asiyalı idmançı qalib elan olunub.
Çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]