Gürcü idmançı Olimpiadada iştirak sayına görə rekordu təkrarlayıb
Bakı, 28 iyul, AZƏRTAC
Tapança atıcılığı üzrə ixtisaslaşmış gürcü idmançı Nino Salukvadze Olimpiya Oyunlarında iştirak sayına görə rekordu təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Championship.com saytı məlumat yayıb.
2024-cü il Yay Olimpiya Oyunları idmançının onuncu oyunu idi. Tarixdə 10 dəfə Olimpiadada iştirak edən ilk idmançı kanadalı tullanma üzrə mütəxəssis Yan Millar olub. O, sonuncu dəfə 2012-ci ildə London Olimpiya Oyunlarında çıxış edib.
Gürcü idmançı Parisdə keçirilən Olimpiya Oyunlarında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında finala çıxa bilməyib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, avqustun 11-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]