Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyini lentə alırlar FOTO
Füzuli, 28 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub.
Füzuli və Cəbrayılda erməni vandalizmi ilə tanış olacaq Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri və ekspertlər daxildir.
Qeyd edək ki, gürcü jurnalistlər dünən Ağdam rayonunda olub, erməni vəhşiliyini lentə alıblar.