Gürcü nazir özünütəcrid rejimindədir
Tbilisi, 2 noyabr, AZƏRTAC
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava özünütəcrid rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirlikdən məlumat bildirilib.
Məlumata görə, nazir N.Turnava koronavirusa yoluxmuş şəxslə kontaktda olduğu üçün özünü cəmiyyətdən təcrid edib.
Dünən isə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya özünü təcrid rejiminə keçib.
Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradze isə artıq koronavirusa yoluxduğu üçün müalicə olunur.
Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda daha 1852 nəfərdə koronavirus aşkar edilib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 42 min 579-a yüksəlib.
Son 24 saat ərzində isə 7 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin ümumi sayı 342-yə çatıb.
Hazırda karantin zonalarında 2977 nəfər saxlanılır, 29 min 876 nəfər isə özünütəcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]