GÜRCÜSTAN HƏBSXANALARINDA VƏZİYYƏT AĞIRDIR
Y.Tevdoradzenin sözlərinə görə, bir neçə beynəlxalq təşkilat bununla əlaqədar yazılı rəyini bildirmişdir. Həmin rəylərlə tanış olan adam vəziyyətin bu dərəcədə ağır olduğuna inanmır, amma təəssüf ki, vəziyyət məhz belədir.
Deputat vurğulamışdır ki, həbsxanalarda məhbuslara nəinki yatmaq, heç oturmaq üçün də yer çatmır. 24 yerlik kamerada 102 məhbus saxlanılır. Məhbuslara işgəncə verilməsi, ailə üzvlərinin gətirdikləri bağlamaların mənimsənilməsi, antisanitariya həm məhbuslar, həm də onların yaxınları arasında narazılığı artırır. O xəbərdarlıq edir ki, bütün bunlar həbsxanalarda növbəti qiyam təhlükəsi yaradır. Əgər lazımi tədbirlər görülməsə, bu təhlükə gerçəkləşə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]