GÜRCÜSTAN HƏBSXANALARINDA VƏZİYYƏT GƏRGİNDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisi, Kutaisi və Batumi şəhərlərindəki həbsxanalarında cəza çəkən məhbusların yaxınları keçirdikləri mitinqlərdə məhbusların döyülməsi, onlara ərzaq verilməsinə şərait yaradılmaması və vəkillərin məhbuslarla görüşünə icazə verilməməsinə etirazlarını bildirmişlər. Onlar cəzaçəkmə departamentinin yeni təyin olunmuş rəhbəri Baço Axalaya və onun qardaşı, Gürcüstan Daxili İşlər Nazirliyi Konstitusiya Təhlükəsizliyi Departamentinin rəisi David Axalayanın istefasını tələb etmişlər. Gürcüstan xalq müdafiəçisi Sozar Subari cəzaçəkmə departamentinin rəhbərindən aclıq aksiyası keçirən məhbuslarla vəkillərin görüşünə şərait yaradılmasını xahiş etsə də buna icazə verilməmişdir. Məhbusların yaxınları Gürcüstan parlamenti binasının qarşısında etiraz aksiyasını davam etdirmişlər.
Qeyri-hökumət təşkilatlarının verdiyi məlumata görə, Gürcüstanın 17 həbsxanasında 7 minədək məhbus 10 gündür ki, aclıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]