GÜRCÜSTAN HƏRBÇİLƏRİNİN SAYI ARTIRILACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident Mixail Saakaşvili “Gürcüstan Silahlı Qüvvələrinin say tərkibinin təsdiqlənməsi haqqında” qanun layihəsini parlamentin müzakirəsinə vermişdir. Layihədə ölkənin Silahlı Qüvvələrində xidmət edən hərbçilərin sayının 26 min nəfərdən 28 min nəfərə çatdırılması nəzərdə tutulur.
Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü İrakli Kavtaradze jurnalistlərə bildirmişdir ki, məqsəd silahlı qüvvələri optimallaşdırmaq və ölkənin müdafiə mənafeyinə uyğunlaşdırmaqdır.
Qanun layihəsi müdafiə və təhlükəsizlik komitəsində müzakirə olunduqdan sonra parlamentin oktyabrın 10-da keçiriləcək ümumi iclasının gündəliyinə çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]