Gürcüstan hökuməti koronavirusla mübarizə çərçivəsində qadağaları sərtləşdirib
Tbilisi, 3 noyabr, AZƏRTAC
Gürcüstan hökuməti ölkədə koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə karantin qaydalarını yenidən sərtləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Qərara əsasən noyabrın 4-dən Gürcüstanın böyük şəhərlərində tədris prosesi distant (məsafədən) formaya keçəcək.
Tbilisi, Kutaisi, Rustavi, Qori və digər şəhərlərlə yanaşı, Marneuli və Qardabanidə də məktəblər distant rejimə keçiriləcək.
Onlayn qaydada tədris prosesinin noyabrın 25-dək davam etdiriləcəyi nəzərdə tutulub.
Digər sərt tədbir tibbi maskadan istifadə ilə bağlıdır. Belə ki, Gürcüstanda həm qapalı məkanlarda, həm də açıq havada tibbi maskadan istifadə məcburi olub.
Gürcüstanda restoranların fəaliyyətinə də məhdudiyyətlər qoyulub.
Restoranlar saat 22:00-dək xidmət göstərəcək. Yeni qaydalar noyabrın 3-dən qüvvəyə minib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]