CƏMİYYƏT
Gürcüstan KİV-ləri Qarabağ mövzusunda silsilə materiallar yayır
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Gürcüstanın aparıcı “report.ge”, “interpressnews.ge”, “24news.ge”, “aktual.ge”, “dalgatv.ge” portalları, “1tv.ge” televiziyası hər gün Dağlıq Qarabağ mövzusunda silsilə materiallar yayır.
AZƏRTAC xəbər verir ki, informasiya portallarının bugünkü saylarında Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş torpaqlarımızın azad olunması barədə məlumatı Azərbaycan, rus, ingilis və gürcü dillərində oxuculara təqdim olunub.
Bundan başqa, Azərbaycanın Baş Prokurorluğunun erməni silahlı birləşmələrinin Gəncə, Tərtər, Bərdə, Mingəçevir və digər şəhərləri, kəndləri atəşə tutması nəticəsində 27 nəfər dinc sakinin öldüyü, 141 nəfərin yaralanması xəbəri, Xarici İşlər naziri Ceyhun Bayramovun digər ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışıqları, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri barədə dolğun xəbərlər yayılıb.
Azərbaycanın Müdafiə nazirinin erməni silahlı birləşmələrinə qarşı hücumun davam etdirilməsi barədə məlumatı və ölkəmizin Gürcüstandakı səfirliyinin Gürcüstandan könüllülərinın Azərbaycana getməsinə ehtiyac olmaması barədə açıqlaması da informasiya portallarının diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi