Gürcüstan mətbuatında Xocalı soyqırımından bəhs edən məqalələr dərc olunur
Tbilisi, 25 fevral, AZƏRTAC
Xocalı faciəsi ilə əlaqədar Gürcüstanın nüfuzlu kütləvi informasiya vasitələrində silsilə məqalələr yazılır.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsinə malik “Quriya” qəzetində Xocalı qətliamı dünyada baş verən digər faciələrlə müqayisə olunur. Bu faciəni törədənlərin bu günədək cəzalandırılmaması təəssüf hissi ilə qeyd edilir.
“Molodyojnaya qazeta”da dərc olunmuş məqalədə də Dağlıq Qarabağ münaqişəsi geniş təhlil edilib, problemin acı nəticələri, o cümlədən Xocalı soyqırımı barədə oxuculara ətraflı məlumat verilib.
Hər iki məqalədə Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş soyqırımı kimi xarakterizə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi