Gürcüstan parlamentində ölkənin “Müdafiə Məcəlləsi”nə təklif olunan dəyişikliklər müzakirə olunur
Tbilisi, 5 noyabr, AZƏRTAC
Gürcüstan parlamentində “Müdafiə Məcəlləsi”nə dəyişiklik və ondan irəli gələn qanun layihələri müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, layihə barədə müdafiə nazirinin müavini Qriqol Qiorqadze məlumat verib.
Onun sözlərinə görə, layihəyə təklif olunan dəyişikliklər çağırışçıların milli hərbi xidmətinin təşkili, hərbi ali təhsil müəssisəsinin rəisi, hərbi məktəbə qəbul, müdafiə sektorunda könüllülüklə bağlı məsələlərin aydınlaşdırılması məqsədi daşıyır.
Nazir müavini deyib ki, “Müdafiə Məcəlləsi”nin hazırkı redaksiyasına əsasən, çağırışçı hərbi xidmətə çağrılmazdan əvvəl tibbi müayinədən keçirilir. Ancaq praktikada əlavə tibbi müayinələrin aparılmasının zəruri olduğu hallar var. Onun sözlərinə görə, dəyişikliklər əlavə tibbi müayinədən yayınma məsələsinə aydınlıq gətirir.
“Müdafiə Məcəlləsi”nə könüllü təşkilatlara maliyyə müstəqilliyinin verilməsi ilə bağlı dəyişiklik edilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]