Gürcüstan Prezidenti parlament seçkiləri ilə bağlı fərman imzalayıb
Tbilisi, 31 avqust, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmana əsasən, builki parlament seçkilər Gürcüstan Konstitusiyasına uyğun olaraq, oktyabrın 31-nə təyin edilib.
Dövlət başçısı, eyni zamanda, ictimaiyyətə müraciət edərək, onu seçkiqabağı təşviqat kampaniyasının dinc şəraitdə keçirilməsinə dəvət edib. Bildirib ki, bu seçkilərin Gürcüstan üçün böyük əhəmiyyəti var.
“Biz ölkəmizin demokratik prinsiplərə sadiqliyini, insan hüquqlarına hörmət etdiyini dünya ictimaiyyətinə sübut etməliyik”, - deyə müraciətdə deyilir.
Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-nə təyin olunmuş parlament seçkiləri yeni sistem üzrə keçiriləcək. Parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək. Majoritar namizədlər seçicilərin səsinin 50 faizini toplaya bilmədikdə seçkilərin ikinci turu təşkil olunacaq. İkinci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]