GÜRCÜSTAN PREZİDENTİ TÜRKİYƏNİN BAŞ NAZİRİNİ VƏ İŞ ADAMLARINI BATUMİYƏ DƏVƏT ETMİŞDİR
AZƏRTAC-ın İstanbuldan aldığı xəbərdə deyilir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin dəvəti ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Batumiyə gələcəkdir. Acarıstana səfər zamanı Ərdoğanı Türkiyənin 100-dən artıq ən imkanlı iş adamı müşayiət edəcəkdir.
Gürcüstan dövlətinin başçısı demişdir: “Biz istəyirik ki, türk biznesmenləri Acarıstan Muxtar Respublikasında həyata keçirilən layihələrə yaxından qatılsınlar. Mən Ərdoğanı Batumiyə məhz buna görə dəvət edirəm”. O bildirmişdir ki, Gürcüstan-Türkiyə münasibətlərində ən başlıcası iqtisadi əlaqələri genişləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]