Gürcüstan Silahlı Qüvvələr üçün yeni hərbi texnika və silah alacaq
Tbilisi, 3 iyun, AZƏRTAC
Gürcüstan müdafiə qüvvələrinin silah və hərbi texnikasını yeniləmək niyyətindədir. Bu məqsədlə cari ildə NATO standartlarına uyğun bir neçə yüz ədəd yeni hərbi texnika almağı planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İrakli Qaribaşvili “Rustavi 2” televiziyasındakı çıxışı zamanı məlumat verib.
Nazir deyib ki, müdafiə qüvvələri ölkədə koronavirusun yayılmasının qarşısının alınmasına mühüm töhfə veriblər. Lakin proses zamanı bəzi texniki problemlər müəyyən edilib. Cari ildə əsas vəzifələrimizdən biri də köhnəlmiş hərbi texnikaları yeniləri ilə əvəzləməkdir.
“Biz NATO və Avropa standartlarına uyğun xüsusi texnika və avadanlıq almağa hazırlaşırıq. Ordumuz müasir texnika ilə vəzifələrinin öhdəsindən daha layiqincə gələcək”, - deyə İ.Qaribaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]