GÜRCÜSTAN TƏRƏFİ SÜLHMƏRAMLI QÜVVƏLƏRİN KOMANDANINDAN NARAZIDIR
G.Xaindrava demişdir: “General M.Güləhmədov siyasi bəyanatlar verməklə siyasətə qarışır, vəzifəsindən sui-istifadə edir ki, bu da bizə onun vəzifədən tezliklə azad olunması tələbini irəli sürməyə əsas verir”.
Gürcüstanın hüquq mühafizəçiləri 3 nəfər rus zabitini viza rejimini pozduğuna görə saxlamışlar. Onlardan biri ermənidir. Fevralın 9-na keçən gecə gürcü-osetin münaqişə zonasında vəziyyət gərginləşmiş, sülhməramlı qüvvələrin komandanı postların gücləndirilməsinə dair əmr vermiş, əraziyə zirehli texnika göndərmişdir.