Gürcüstan, Türkiyə və Azərbaycan əlaqələri regional əməkdaşlığın ən yaxşı nümunəsidir
Tbilisi, 25 noyabr, AZƏRTAC
Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq regional əməkdaşlığın ən yaxşı nümunəsidir. Bu cür əməkdaşlıq regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına da töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) Gürcüstanla dostluq qrupunun rəhbəri Faruk Çelik və qrupun üzvlərinin görüşündə səslənib.
Görüşdə iki ölkə arasında dostluq münasibətləri və yüksək səviyyədə qarşılıqlı səfərlərin müsbət dinamikası diqqət mərkəzində olub.
Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar. Qeyd olunub ki, bu format regional əməkdaşlığın yaxşı nümunəsi olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verir.
Həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh istiqamətində proseslər də müzakirə olunub.
Bölgədə dayanıqlı sülhün bərqərar olunmasının vacibliyi, Türkiyə və Gürcüstanın bu prosesdə mühüm rolu qeyd edilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]