Gürcüstanda Ana Dili Günü qeyd edilir
Tbilisi, 14 aprel, AZƏRTAC
Bu gün Gürcüstanda Ana Dili Günü qeyd edilir.
AZƏRTAC-ın məlumatına görə, 1978-ci ildə SSRİ Ali Soveti Gürcüstanda gürcü dilinin əvəzinə rus dilinin dövlət dili statusu alması barədə qərar qəbul edib. Lakin gürcü xalqı bu qərara qəti etiraz edib və həmin il aprelin 14-də Tbilisidə, indiki “Ana dili” parkında (“Deda Ena”) və Rustaveli prospektində etiraz aksiyaları keçirilib. Aksiyalara 100 mindən çox insan qatılıb. Etiraz aksiyalarında ziyalılar, müəllimlər və tələbələrlə yanaşı, sıravi vətəndaşlar da iştirak ediblər. Etiraz dalğası fonunda SSRİ Ali Soveti geri addım atmalı olub və gürcü dilinin dövlət statusu qüvvədə qalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]